olkepress.com
olkepress.com

“Goldman Sachs”: 2020-ci ildə neftin orta topdansatış qiyməti yüksələcək

9-12-2019, 15:05

“Goldman Sachs”: 2020-ci ildə neftin orta topdansatış qiyməti yüksələcəkABŞ-ın “Goldman Sachs” bankının ekspertləri 2020-ci ildə “Brent” markalı neftin bir barelinin orta spot qiymətini 63 dollar olacağını proqnozlaşdırır.

Bununla bağlı “Bloomberg” agentliyi Maliyyə İnstitutunun hesabatına istinadən xəbər yayıb. Buradan nəticə çıxarırıq ki, “OPEC+” ölkələrinin ilk rüb üçün hasilatı azaltmağa dair saziş şərtlərini dəyişdirmək qərarını nəzərə alınmaqla, “Goldman Sachs”da daha öncəki qiymətləndirmələrə düzəliş edilib.
Yanvarın 1-dən başlayaraq gündə 1,7 milyon barel neft bazardan çıxarılmalıdır. Dəyişikliklərin məqsədi qışda - tələbatın az olduğu şəraitdə, bazarda disbalansın qarşısını almaqdır. Bundan əvvəl bank analitikləri “Brent” markalı neftin bir barelinin orta spot qiymətini 2020-ci ildə 60 dollar olacağını güman edirdilər. Uzunmüddətli proqnoz bir barel üçün dəyişməz olaraq qaldı - 55 dollar səviyyəsində. Yeni qiymətlərə əsasən, Texas neftinin (West Texas Intermediate) nağd qiyməti 2020-ci ildə bir barel üçün 58,5 dollar olacaq.
“Golden Sachs”da hesab edirlər ki, hasilatın azaldılmasına dair sazişin şərtlərini Rusiya, İraq və Nigeriya tam yerinə yetirməyə bilər.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi