BİR ŞAM Kİ, HAQQDAN YANAR, BAD İLƏ SÖNMƏZ.
Uca Allah Azərbaycan xalqına bir sıra yüksək mənəvi keyfiyyətlər,nəcib sifətlər bəxş etmişdir. Bu yüsksək mənəvi keyfiyyətləri, nəcib sifətləri saymaqla bitirmək olmaz. Bu fəzilətlərdən biri odur ki, azərbaycanlılar dünyanın harasında yaşamasından asılı olmayaraq ilk növbədə öz xalqının rifahını, xoşbəxtliyini, səadətini düşünür.
Məlumdur ki, Ucu-bucağı bilinməyən Rusiyada 5 milyona qədər azərbaycanlı yaşayır və bu ona görə deyil ki, onlar doğma vətəndən küsüblər, bu səbəbdən də zaman-zaman Rusiyada məskən salıblar, xeyr.. Çünki tarix boyu insanlar bir ərazidən başqa əraziyə, bir ölkədən başa ölkəyə, bir məmləkətdən başqa ölkəyə mühacirət etmişlər. Bunun isə cürbəcür səbəbləri vardır. Elm-təhsil almaq, ticarət əlaqələri, siyasi məsləkinə görə təzyiqlərə məruz qaldığı üçün məcburiyyət qarşısında başqa ölkəyə mühacirət etmək. Bir sıra ziyalılar isə məhz xalqının istiqbalını yüksəltmək, müstəqilliiyini həyata keçirmək üçün başqa ölkələrə mühacirat etmişlər. Məsələn 1909-cu ildən qardaş Türkiyəyə mühacirət etmiş Əhməd bəy Ağaoğlu 1918-ci ildə Azərbaycan neofaşist daşnak-bolşevik hərbi birləşmələrinin, yenə ermənilərdən ibarət “Sentra Kaspi Höküməti Diktaturası” emissarlarının, Britaniya ordusunun qətliyamlarından, işğalından xilas etmək üçün “Qafqaz İslam Ordusu”nun yaranmasında Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə əlindən gələni edib və hətta alovlu çıxışları zamanı yüksək təzyiqi olduğuna görə huşunu da itirib.
Belələri həmişə olub, indi də var və yəqin ki, qiyamətə qədər də olacaq. Rəhimov İlham Məmmədhəsən oğlunun dosyesinə nəzər salarkən heyrətlənməmək mümkün deyil. Yüksək elmi fəhmə malik olan bu şəxsiyyət tanıdığı, tanımadığı xalqının hər bir nümayəndəsinin qayğısına qalır, ehtiyac içində yaşayanlara maddi yardım göstərir, özü də bunu kimsəyə bildirmir, ali təhsil almaq istəyən, fəqət maddi imkanı olmayan azərbaycanlı gəncləri bir zamanlar Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılmış “Müsəlman Xeyriyyiyyə Cəmiyəti”nin təqvalı şəxsləri kimi təhsil arxasınca göndərir, bir sözlə müqəddəs Qurani-Kərimdə ən çox vurğulanan bir ayəni; Və tu salata, vətu zəkata, mübarək ayəsini ömrünə şüar edərək məxsusi biznesi ilə əldə etdiyi sərvətinin əksər hissəsini ehtiyacı olanlara paylayır. Məsələ burasındadır ki, İlham Rəhimov övladlarını da məhz xeyriyyəçi kimi yetişdirib. Onun qızı Səbinə xanımın da xeyriyyəçiliyi artıq bir çoxlarına məlumdur. Lakin İlham Rəhimovun məziyyətləri, fəzilətləri bununl bitmir, mükəmməl huquq təhsili alan bu insan beynəlxalq huququn təkmilləşməsi üçün bir sıra risalələr, kitablar yaratmışdır. “İslah-əmək təsirinin nəzəri və praktiki problemləri”, “Məhkəmə proqnozlaşdırılmaının nəzəriyyəsi”, “Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri”, “Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi”, “Dünya dinlərində cinayət və cəza, Tarixi, dini, huquqi və fələfi aspekti” və s.
İlham müəllim 1951-ci ildə Azərbaycanın ən dilbər guşələrindən olan Tovuz bölgəsində anadan olub. Huquqşünaslığa dərin meyl göstərdiyi Tovuzda orta məktəbi bitirəndən sonra mükəmməl ali təhsil almadan ötrü Leninqrada getmiş, qəbul imtahanlarından əla qiymətlər alaraq huquq fakültəsinə daxil olmuş, 1975-ci ildə oranı əla qiyymətlərlə bitirmiş, 1975-1978-ci illərdə Leninqrad Dövlət Universitetinin cinayət huququ kafedrasında əyani aspirant olmuş və huquq elmləri namizədi adını almışdır. İstər Leninqrad Dövlət Universitetində təhsil aldığı zaman, istər başqa vaxtlarda həm dərin zəka sahibi kimi, həm yüksək mədəniyyətə malik ziyalı kimi, həm də xeyirxah bir insan kimi ad çıxarmışdır. Bunun isə təbii ki, bir sıra səbəbləri vardır. Həm genetik kodunun təmizliyi, paklığı, halal südlə bəslənməsi, həm ailədə aldığı zəngin tərbiyə, eyni zamanda mükəmməl ali təhsil.
Məsələ burasındadır ki, İlham müəllimin elmi rəhbəri uzun illər Sovetlər Dönəmində qüdrətli bir mütəxəssis, heyrətamiz bir pedaqoq, olduqca dərin təcrübəyə malik bir huquqşünas Leninqrad (Sankt Peterburq) Dövlət Universitetinin Huquq fakültəsinin professoru, Rusiya Təhsil Nazirliyinin huquq elmləri üzrə Baş Şurasının sədri Nikolay Aleksandroviç Belyayev olmuşdur.
İlham müəllim 1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edib, 1996-cı ildə professor elmi adını alıb. Sonralar cürbəcür yüksək vəzifələrdə çalışmış, bir zaman Azərbaycana dəvət alaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik İdarəsinin müdiri vəzifəsində çalışmışdır. Həmin ərəfədə onun tərəfindən çoxsayda normativ aktlar, həm də qanunvericilik aktları üzrə nəticələr əldə edilmişdir.
Sonralar daha yüksək vəzifələrdə çalışmış 1992-1996-cı illərdə Məhkəmə Ekspertiziyası, Kriminalistika və Krimonologiya problemləri üzrə Elmi Tədqiqar İnsitutunun direktoru vəzifəsində çalışmış, müxtəlif ali məktəblərdə huquq fakültəsindən dərs demiş, yüksək huquqşunas kadrların yetiçməsində əlindən gələni əsirgəməmiş, eyni zamanda Ali Diplomatiya Kollecində (indiki Avrasiya Universitetində) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.
Hal-hazırda Xəzər dənizi Regionu Ölkələri Huquqşünasları Assosiasiyasının prezidenti vəzvisəində çalışır və Rusiyada azərbaycanlılara qarşı haqsızlıqlara qətiyyən göz yuma bilməyən İlham müəllim istər beynəlxalq, istər Rusiya, istərsə də Azərbaycan mediyasına bu hadisələrə qarşı narazıçılığını, bundan bərk narahat olduğunu, günahsız insanların öldürülməsində, heç bir səbəb olmadan həbs edilməsində əli olan hər kəsin cəzalanmasını tələb etdiyini və bütün imkanlarından istifadə edib sona qədər mübarizə aparacağını bildirib.
Huquq qanunlarına mükəmməl şəkildə yiyələnən və Yekatirinburqdakı cinayətkar OMON-çuların huquq qanunları əsasında cəzalanmaları üçün uzun illik huquqşünas kimi təcrübəsindən istifadə edərək cinayətkar polis dəstəsinin cəzalanacığına nəinki ümid edən, yüz faiz əmin olan İlham müəlimin özünə qarşı da istər Rusiyada, istərsə də Azərbaycanda müəyyən ünsürlər tərəfindən təzyiqlər başlamışdır. Rusiya informassiya vasitələri İham müəllimin Rusiyanın elmi-mədəni həyatında nə qədər yüksək mövqe tutduğunun, yüzlərlə gənci elm sahibi etdiyinin, minlərlə insana çörək verdiyinin üstündən qara xətt çəkərək, onu haqsız adlandırmış, Rusiya OMON-unun nalayiq işini isə qəhrəmanlıq kimi qələmə vermişdir. Azərbaycandakı paxıl, qaraqəlbli, nankor vətən xainləri də onların çaldığı ilə oynayaraq bütün həyatı xeyirxahlıqla, xeyriyyəçiliklə keçmiş İlham Rəhimovun ünvanına böhtanlar yağdırırlar. Lakin ataların çox gözəl bir misalı var; “Bir şam ki, Haqqdan yanar, bad ilə sönməz”. İlham müəllimin şamı haqqdan yanır və onu təbii ki, kimsə söndürə bilməyəcəkdir.
Yazıçı-dramaturq Mövsüm Əhməd