olkepress.com
olkepress.com

AAF ilə “Türkmən atları” Dövlət Birliyi arasında memorandum imzalanıb

Bugün, 12:42

AAF ilə “Türkmən atları” Dövlət Birliyi arasında memorandum imzalanıb5 Mart 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə Türkmənistanın “Türkmən atları” Dövlət Birliyi arasında atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır.

Sənəd Azərbaycan Respublikası ilə Türkmənistan arasında atçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və bu sahədə birgə fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Memoranduma əsasən tərəflər atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, texniki və məsləhət dəstəyinin göstərilməsi, informasiya mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və müxtəlif əməkdaşlıq formatlarında iştirak etmək niyyətlərini ifadə etmişlər.
AAF ilə “Türkmən atları” Dövlət Birliyi arasında memorandum imzalanıb
Eyni zamanda, bu sənədin imzalanması ilə mütəxəssislərin beynəlxalq sərgilərdə, dəyirmi masalarda və müxtəlif tədbirlərdə iştirakının təmin olunması, həmçinin mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması məqsədilə kurs, seminar və konfransların təşkili nəzərdə tutulmuşdur.

Bildirilmişdir ki, memorandum Azərbaycan Respublikası ilə Türkmənistan arasında atçılıq idmanı və atçılıq sənayesi sahəsində əməkdaşlığın inkişafına, bu sahənin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək və imzalandığı tarixdən 5 il müddətində qüvvədə olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi