olkepress.com
olkepress.com

Azerbaijan-irs.az saytı və eyniadlı Youtube kanalı hazırlanıb

2-03-2026, 14:33

Azerbaijan-irs.az saytı və eyniadlı Youtube kanalı hazırlanıbAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "Yerli mədəni irs obyektlərinin toplanması, foto və video arxivinin yaradılması" layihəsi çərçivəsində Azerbaijan-irs.az saytı və eyniadlı Youtube kanalını hazırlayaraq ictimailəşdirib.

Layihə rəhbəri Cavid Şahverdiyev mətbuata deyib ki, əsas məqsədlərdən biri internet üzərindən mədəni irs nümunələrinin qorumaq, tanıtmaq, ictimailəşdirmək və gələcək nəsillərə ötürməkdir:

"Mədəni irs obyektlərinin qorunub saxlanması və gənc nəsillərə ötürülməsi, təbliğatı, yerli və dünya ictimaiyyətinin məlumatlandırılması vacib amillərdən biridir. Bu prosesdə rəqəmsallaşdırma və yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır.
Layihə çərçivəsində hazırladığımız Azerbaijan-irs.az və eyniadlı Youtube kanalı da buna xidmət edir. Hər iki internet resursunda müəyyən sayda Azərbaycanın dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin foto və video arxivi yaradılıb. Bu həm mədəni irs nümunələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək, həm də yerli və xarici ictimaiyyət internet üzərindən Azərbaycanın mədəni irs nümunələri ilə tanılışq üçün geniş imkanlar əldə edə biləcəklər".

QHT sədri onu da qeyd edib ki, saytda milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilən qanun, sərəncam və qərarlar, mədəni irs, mədəni irs nümunələri, dünya və yerli əhəmiyyətli, arxeoloji abidələr haqqında ictimaiyyətə geniş məlumat verilib.

Xatırladaq ki, layihə donor təşkilatın QHT-lər üçün keçirdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir və 2026-ci il fevral-aprel aylarını əhatə edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi