olkepress.com
olkepress.com

Elarizin kürəkəninə 10 il iş verildi

3-11-2025, 16:34

Elarizin kürəkəninə 10 il iş verildi

Sahibkar tanışlarına internet platforması üzərindən əlavə gəlir əldə etmək vədi verib onların 4 milyon manatını ələ keçirməkdə ittiham olunan birjaçı Nizami Alışanın məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxsə verilmiş xüsusilə külli miqdarda dələduzluq ittihamının məhkəmədə təsdiqini tapdığını bəyan ediblər.

Hökmə əsasən, Nizami Alışana 10 il müddətinə həbs cəzası verilib. Bundan əlavə, birjaçı pullarını batırdığı zərərçəkmişlərdən biri - Babək Məmmədzadəyə dəymiş maddi ziyanı da ödəməli olacaq.
Ətraflı

Nizami isə son sözündə yenə zərərçəkmiş kimi tanınan Babək Məmmədzadənin adını çəkib. Babəkin qoyduğu puldan qat-qat çox qazandığını deyib. Birjaçı Babəkin atasının da bir vaxtlar böyük yeyinti ilə məhkum edildiyini xatırladaraq indi isə oğlunun özünü zərərçəkmiş kimi təqdim edib onun üstünə gəldiyini bildirib.

Qeyd edək ki, Nizami Alışan Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Artıq pul qazanmaq üçün pul verib sonradan şikayətçi olanlar isə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və başqa iş adamı Yadigar İsrafilovdur.

Nizami Alışan isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elarizin kürəkənidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi