olkepress.com
olkepress.com

“Aztürk Holdinq”in prezidenti Türkiyə–Azərbaycan işgüzar görüşündə "NeoOrdo" layihəsindən danışıb

Bugün, 10:37

“Aztürk Holdinq”in prezidenti Türkiyə–Azərbaycan işgüzar görüşündə "NeoOrdo" layihəsindən danışıb

“Aztürk Holdinq”in prezidenti Türkiyə–Azərbaycan işgüzar görüşündə "NeoOrdo" layihəsindən danışıb

“Aztürk Holdinq”in prezidenti Güləli Bağırov fevralın 24-də "Flame Towers"də baş tutan tədbirdə iştirak edib.
Olkepress.com xəbər verir ki, holdinq prezidenti bir sıra yerli və xarici şirkətlərin nümayəndələri ilə B2B formatında görüşlər keçirib.

Tədbirin əsas məqsədi iki qardaş ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanlarının dəyərləndirilməsi və uzunmüddətli biznes tərəfdaşlıqlarının qurulması olub. Görüşlər çərçivəsində sənaye, logistika, tikinti, xidmət və digər sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüş zamanı Güləli Bağırov “Aztürk Holdinq”in fəaliyyət istiqamətləri, region ölkələrində həyata keçirilən layihələri və gələcək inkişaf strategiyası barədə ətraflı məlumat verib. O bildirib ki, holdinq üçün əsas prioritetlər ixracyönümlü istehsalın artırılması və beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsidir.

“NeoOrdo” layihəsi təqdim olunub

Tədbirdə diqqət çəkən məqamlardan biri də “NeoOrdo” layihəsinin təqdimatı olub. Qeyd edilib ki, layihə müasir idarəetmə modeli, rəqəmsal transformasiya və innovativ biznes yanaşmalarını özündə birləşdirən yeni platformadır.

Bildirilib ki, layihə çərçivəsində sənaye, logistika və xidmət sahələrində inteqrasiya olunmuş həllərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda yerli və xarici investorlar üçün daha çevik və şəffaf əməkdaşlıq mühitinin formalaşdırılması, startap təşəbbüslərinin dəstəklənməsi və innovativ ideyaların reallaşdırılması əsas hədəflər sırasındadır.

“Aztürk Holdinq” rəhbərliyi bu cür platformaların yeni tərəfdaşlıqların qurulması və regionda dayanıqlı biznes əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, tədbir Türkiyə İxracatçılar Məclisi, AZPROMO və KOBİA-nın təşkilatçılığı ilə təşkil olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi