olkepress.com
olkepress.com

Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb

Dün, 15:32

Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ildə ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü illə müqayisədə 8,7 faiz və ya 5,44 milyard manat artaraq 67,64 milyard manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 62,2 milyard manat olub.

Bununla bağlı Tehlil.az məlumat yayıb.

Son illərin göstəriciləri əhalinin pərakəndə ticarət məqsədilə xərclədiyi vəsaitin davamlı artım tendensiyası nümayiş etdirdiyini göstərir. Bu artımın əsas səbəbləri sırasında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində baş verən yüksəliş, eləcə də orta aylıq əməkhaqqı və pensiya məbləğlərinin artması xüsusi yer tutur.

Son beş ilin müqayisəli təhlili göstərir ki, 2025-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 23,42 milyard manat və ya 53 faiz artıb.
Son beş il ərzində həm ərzaq, içki və tütün məhsullarının, həm də qeyri-ərzaq məhsullarının pərakəndə ticarət dövriyyəsində hər il davamlı artım müşahidə olunub. Belə ki, 2021-ci ildə ərzaq, içki və tütün məhsullarına 24,03 milyard manat, qeyri-ərzaq məhsullarına isə 20,19 milyard manat vəsait xərclənib. 2022-ci ildə ərzaq, içki və tütün məhsulları üzrə xərclər əvvəlki illə müqayisədə 5,34 milyard manat və ya 22,2 faiz artaraq 29,37 milyard manata çatıb. Qeyri-ərzaq məhsulları üzrə isə 2,61 milyard manat və ya 12,9 faiz artım qeydə alınıb.

Növbəti illərdə də hər iki məhsul qrupu üzrə artım tendensiyası davam edib. 2025-ci ildə ərzaq, içki və tütün məhsullarına 36,91 milyard manat, qeyri-ərzaq məhsullarına isə 30,73 milyard manat vəsait xərclənib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 8,2 faiz və 9,4 faiz artım deməkdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi