olkepress.com
olkepress.com

DSX qurumlarında Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir

Bugün, 12:39

DSX qurumlarında Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edirDövlət Sərhəd Xidmətinin struktur qrumlarında və hərbi hissələrində Novruz bayramı münasibəti ilə silsilə tədbirlər davam edir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərdən, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması istiqamətində görülən işlərdən, dövlət başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının daha da gücləndirilməsindən, şəxsi heyətin sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasından geniş danışılmışdır.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Novruz bayramı ilə əlaqədar təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.

Bayram tədbirləri çərçivəsində hərbi hissələrdə konsert proqramları təşkil olunmuş, milli musiqilər səsləndirilmiş, ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir. Novruzun rəmzi personajları olan Kosa və Keçəl maraqlı çıxışlarla şəxsi heyətə bayram əhval-ruhiyyəsi bəxş etmiş, tonqallar qalanmış, bayram süfrələri açılmışdır.

Novruz bayramının xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini və birlik ənənələrini özündə yaşatdığı vurğulanmış, bu dəyərlərin qorunub saxlanılmasının əhəmiyyəti qeyd edilmişdir.

Tədbirlər yüksək əhvali-ruhiyyə və vətənpərvərlik ruhunda başa çatmış, şəxsi heyətə xidmətdə uğurlar arzulanmışdır.
DSX qurumlarında Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir
DSX qurumlarında Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir
DSX qurumlarında Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir
DSX qurumlarında Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir
DSX qurumlarında Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi