olkepress.com
olkepress.com

Molla rejiminin növbəti xəyanətkar əməli qətiyyətlə pislənilir

Bugün, 09:54

Molla rejiminin növbəti xəyanətkar əməli qətiyyətlə pislənilirMart ayının 5-də günorta saatlarında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qonşu İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Bu gözlənilməz xain hərəkəti zamanı Naxçıvan şəhərindəki Beynəlxalq Hava Hava Limanının terminal binası və Şəkərabad kəndində məktəb binasının yaxınlığına dron zərbəsi endirilib və nəticədə Hava Limanının binasına zərər dəydi və iki nəfər mülki şəxs xəsarət aldı.

Azərbaycanda çox böyük qəzəb və hiddətlə qarşılanan bu əməllər molla rejiminin riyakarlığını, nankorluğunu bir daha göstərir. Fevralın 28-dən etibarən ABŞ və İsrail İranın hərbi infrastrukturuna qarşı əməliyyatlar həyata keçirir. İran öz növbəsində Körfəz ölkələrinə, İsrailə, NATO bazalarına, habelə regiondakı bir sıra ölkələrə minlərlə dron və ballistik raket buraxıb. Bununla belə, Azərbaycan bu münaqişəyə qarışmayıb, tərəfsizliyini qoruyub. İran isə bu xoş niyyətin əvəzində dinc qonşusuna qarşı hücum addımı atıb. ABŞ və İsrailin son hücumları ərəfəsində Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir halda istifadə edilməyəcəyini bəyan etsə də, öz xoş niyyətini və neytrallığını sübut etsə də, qarşı tərəfin ölkəmizə göstərdiyi bu nankor və riyakar münasibət molla rejiminin simasını yenidən göz önünə gətirir.

Azərbaycan hava məkanını İrana qarşı hərbi məqsədlər üçün bağlamış, qonşuluq münasibətlərini dəyərləndirmiş, beynəlxalq arenada müvazinətli xarici siyasət yürüdüb. Azərbaycan nə ABŞ əməliyyatlarına qatılıb, nə İsrailə hərbi dəstək verib, nə də İrana qarşı hər hansı düşmənçilik addımı atıb. İranın bu hücuma hər hansı bir bəhanəsi yoxdur. Hücum mülki əhaliyə qarşı yönəlib, mülki infrastrukturu hədəf alıb. Bu faktlar İranın addımını daha da ciddi cinayət xarakteri daşıyan bir akt olaraq göstərir.

Hadisədən dərhal sonra İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim edilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisinə edilən bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Artıq bir çox ölkələrin rəhbrləri bu xəyanətkar aktı qətiyyətlə pisləyərək ölkəmizə dəstək olduqlarını bəyan ediblər.

İran tərəfinin Azərbaycan ərazisinə dron hücumu ilə əlaqədar martın 5-də Prezident İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının iclası çağrılıb. Toplantıda çıxış edən ölkə başçısı bildirib ki, biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar.

Azərbaycan-İran münasibətlərinə toxunun ölkə başçısı bir sıra məqamlara diqqət çəkib. Bidirilib ki, “dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik”.

Keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürüldüyünü, dövlət qurumlarının nəzarətində olan media resurslarının Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün ölkəmizə qarşı çirkin şər-böhtan kampaniyası apardıqlarını xatırladan dövlətimizin başçısı deyib: “Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.

Dövlər başçısının tapşırıqlarəna uyğun olaraq ölkəmizin Silahlı Qüvvələri - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib, həmçinin sərhədlə bağlı müvafiq göstərişlər verilib.

Dövlətimizin başçısı vurğulayıb ki, onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. İclasda bildirilib ki, bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar.
“Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Molla rejiminin növbəti xəyanətkar əməli qətiyyətlə pislənilir
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi