olkepress.com
olkepress.com

“Azturk Holding”in prezidenti Güləli Bağırov vyetnamlı iş adamları ilə Fəxri Xiyabanda Ümummilli Lideri yad edib.

Bugün, 12:28

“Azturk Holding”in prezidenti Güləli Bağırov vyetnamlı iş adamları ilə Fəxri Xiyabanda Ümummilli Lideri yad edib.

“Azturk Holding”in prezidenti Güləli Bağırov vyetnamlı iş adamları ilə Fəxri Xiyabanda Ümummilli Lideri yad edib

Bakıda “Azturk Holding”in prezidenti Güləli Bağırov və vyetnamlı iş adamları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ölkəpress.com xəbər verir ki, ziyarət zamanı Ulu Öndərin dövlətçilik siyasətinə, müasir Azərbaycanın formalaşmasında oynadığı mühüm rola və beynəlxalq əməkdaşlıq prinsiplərinə xüsusi ehtiram ifadə olunub.

Daha sonra tərəflər arasında geniştərkibli görüş keçirilib. Görüşdə Azərbaycan ilə Vyetnam arasında iqtisadi, ticarət və investisiya sahələrində perspektivli əməkdaşlıq imkanları müzakirə edilib. Xüsusi diqqət sənaye, logistika, enerji, təhsil və texnologiya sahələrində birgə layihələrin reallaşdırılması imkanlarına yönəldilib.

Çıxışında Güləli Bağırov Azərbaycanın regionda sabitlik, inkişaf və investisiya üçün əlverişli mühit yaratdığını vurğulayıb. O, Vyetnamlı tərəfdaşlarla uzunmüddətli və strateji əməkdaşlığın hər iki ölkə üçün əhəmiyyətli faydalar verəcəyini qeyd edib.

Vyetnamlı iş adamları isə ölkəmizin iqtisadi potensialını yüksək qiymətləndirərək, Azərbaycanda həyata keçirilən islahatların və beynəlxalq layihələrin biznes üçün geniş imkanlar yaratdığını vurğulayıblar. Görüş qarşılıqlı etimad və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından məhsuldar hesab olunub.
“Azturk Holding”in prezidenti Güləli Bağırov vyetnamlı iş adamları ilə Fəxri Xiyabanda Ümummilli Lideri yad edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi