olkepress.com
olkepress.com

Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək

Bugün, 15:38

Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək

Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, bu ilin dekabr ayında görkəmli alim və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi