olkepress.com
olkepress.com

Məclisdən sərxoş çıxıb qatarın altında qaldı

Bugün, 15:39

Məclisdən sərxoş çıxıb qatarın altında qaldı

Kürdəmirdə qatarın altında qalan 45 yaşlı kişi ölüb.

Hadisə iyulun 5-i, saat 23 radələrində rayonun Karrar kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 1980-ci il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu dəmir yolu xəttinin üzərində qatar vurması nəticəsində ölüb.

Bildirilir ki, hadisədən əvvəl Vüsal kənddə əsgər yola salmaq üçün keçirilən məclisdə iştirak edib və orada yeyib-içib.

Daha sonra sərxoş vəziyyətdə olan şəxs dəmiryolu xətti istiqamətinə addımlayıb. Onun relslərin arasında sərxoş halda yuxuladığı, faciəvi hadisənin də bu zaman baş verdiyi iddia edilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi