olkepress.com
olkepress.com

12 keytrinq şirkətinin vəzifəli şəxsi məsuliyyətə cəlb olundu

9-10-2025, 13:22

12 keytrinq şirkətinin vəzifəli şəxsi məsuliyyətə cəlb olundu

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib.

Yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən edilib.

Aşkar edilmiş əsas uyğunsuzluqlar aşağıdakılardır:

- Müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi;

- Mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması;

- Texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması;

- Xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması;

- Xammalların müşayiətedici sənədlərinin olmaması;

- Yararlılıq müddəti bitmiş məhsulların mövcud olması;

- Məhsulların saxlanma qaydalarına əməl olunmaması;

- Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması;

- İşçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi.

Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

Agentlik bir daha xəbərdarlıq edir ki, qida təhlükəsizliyi ilə bağlı tələblərə ciddi riayət olunmalıdır. Qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər yarana bilər. Xüsusilə kütləvi tədbirlər zamanı, eləcə də təlim-tədris müəssisələrini qida məhsulları ilə təchiz edən keytrinq şirkətlərində qeydə alınan nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilir. Nəzarət tədbirləri davam etdirilir.
12 keytrinq şirkətinin vəzifəli şəxsi məsuliyyətə cəlb olundu
12 keytrinq şirkətinin vəzifəli şəxsi məsuliyyətə cəlb olundu
12 keytrinq şirkətinin vəzifəli şəxsi məsuliyyətə cəlb olundu


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi