olkepress.com
olkepress.com

Çex Respublikasında parlament seçkiləri keçirilir

3-10-2025, 12:50

Çex Respublikasında parlament seçkiləri keçirilir

Bu gün Çex Respublikasında iki gün davam edəcək parlament seçkiləri başlayır.

Bu barədə “IDNES” məlumat yayıb.

Məlumata görə, bu seçkilər Ukraynanı dəstəkləməyə meyilli olmayan siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnə bilər.

Son aylar ərzində sorğularda sabiq Baş nazir Andrey Babişin rəhbərlik etdiyi ANO partiyası liderlik edir və onun yenidən Baş nazir postuna qayıtmaq şansı yüksəkdir.

Çex Respublikasında bir çoxları hesab edir ki, Babişin qələbəsi ölkənin, o cümlədən Ukraynaya münasibətdə xarici siyasətinin dəyişməsinə səbəb olacaq.

Bildirilir ki, seçkiyə az qalmış ölkədə Rusiya yönlü qüvvələri dəstəkləyən yüzlərlə TikTok hesabı aşkarlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi