olkepress.com
olkepress.com

DSX-da hərbi qulluqçuların ehtiyata buraxılması ilə bağlı silsilə tədbirlər keçirilib

Bugün, 21:43

DSX-da hərbi qulluqçuların ehtiyata buraxılması ilə bağlı silsilə tədbirlər keçirilibDövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Avrasiya.net xəbər verir ki, keçirilən tədbirlərdə sərhədçilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında dövlət sərhədinin mühafizə və müdafiəsində xidmət aparmaqdan qürur duyması xüsusi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edərək Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirmiş hərbi qulluqçular Hərbi Anda sadiq qalaraq yüksək döyüş ruhu, intizam və peşəkarlıq göstərmiş, ölkəmizin təhlükəsizliyinin təmin olunmasında əvəzsiz töhfələr veriblər.

Xidmət dövründə əsgər və zabitlərimiz ən çətin tapşırıqları qətiyyətlə icra etmiş, birlik və həmrəylik nümayiş etdirmiş, sərhədçi gücü və iradəsini layiqincə təmsil ediblər.

Ehtiyata buraxılan hərbi qulluqçular vətənə xidmətləri ilə qürurlu olduqlarını, zərurət yarandığı halda qazandıqları bilik və təcrübə ilə yenidən vətən sərhədlərinin mühafizə və müdafiəsinə hazır olduqlarını bildirmişlər. Bu, Azərbaycan əsgərinin sarsılmaz iradəsinin və milli ruhunun təzahürüdür.

“Vətənə xidmət şərəfdir!” şüarı altında hərbi xidmətlərini başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifələrini şərəflə yerinə yetirdiklərinə görə təşəkkür edilib.

Sonda xatirə fotoşəkilləri çəkilmiş, xidmətdə fərqlənmiş hərbi qulluqçular təltif edilib və şəxsi heyət təntənəli şəkildə yola salınıb.
DSX-da hərbi qulluqçuların ehtiyata buraxılması ilə bağlı silsilə tədbirlər keçirilib
DSX-da hərbi qulluqçuların ehtiyata buraxılması ilə bağlı silsilə tədbirlər keçirilib
DSX-da hərbi qulluqçuların ehtiyata buraxılması ilə bağlı silsilə tədbirlər keçirilib
DSX-da hərbi qulluqçuların ehtiyata buraxılması ilə bağlı silsilə tədbirlər keçirilib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi