olkepress.com
olkepress.com

HƏMAS və İsrail girovların azad edilməsinə sabah başlayacaq

Dün, 14:01

HƏMAS və İsrail girovların azad edilməsinə sabah başlayacaq

HƏMAS və İsrail girovların azad edilməsinə sabah başlayacaq.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, cümə axşamı əldə edilən atəşkəs razılaşmasının şərtlərinə əsasən, İsrail ordusuna Qəzzada ilkin geri çəkilməsini başa çatdırmaq üçün 24 saat vaxt verilib. HƏMAS isə geri 20-nin sağ olduğu düşünülən 48 girovu 72 saat ərzində azad etməlidir.
İsrail girovların qarşılığında 2000-ə yaxın fələstinli məhbusu azad edəcək.

“İsrail sizin yaxınlarınızın - bizim yaxınlarımızın, girovların azad edilməsi prosesinin bazar ertəsi səhər başlayacağına inanır. Yaşayan girovlar bizə təhvil veriləcək və ölən girovların qalıqlarının da bizə təhvil veriləcəyi gözlənilir”, - İsrail hökumətinin girovlar üzrə nümayəndəsi Qal Hirş bildirib.

O əlavə edib ki, ölən girovların cəsədləri kimliyi müəyyən edilmək üçün “ağrılı və hörmətli bir mərasimlə” Məhkəmə Tibb İnstitutuna təhvil veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi