olkepress.com
olkepress.com

Naxçıvanda Mənsum İbrahimovun yubileyi qeyd olunacaq

7-10-2025, 12:48

Naxçıvanda Mənsum İbrahimovun yubileyi qeyd olunacaq

Xalq artisti, “Şöhrət” və "Şərəf" ordenli xanəndə Mənsum İbrahimovun 65 illik yubileyi ilə bağlı tədbirlər davam edir.

Bu qəbildən növbəti tədbir Naxçıvan şəhərində keçiriləcək. Görkəmli muğam ifaçısı oktyabrın 8-də naxçıvanlı musiqisevərlərlə bir araya gələcək. Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında baş tutacaq yubiley tədbiri saat 18.00 da başlayacaq.

Konsertdə Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, sevilən ifaçılar Güllü Muradova və Gülzar Fərəcova da iştirak edəcək.

Qeyd edək ki, 1960-cı ildə Ağdam rayonunun İmamqulubəyli kəndində doğulan Mənsum İbrahimovun oktyabrın 1-də 65 yaşı tamam olub. O, Azərbaycan muğam sənətinin mahir ifaçılarından biri sayılır.

Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, Konservatoriyanın Muğam kafedrasının müdiri olan Mənsum İbrahimov Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi