olkepress.com
olkepress.com

“Artıq ana olmağa hazıram”

9-09-2025, 16:41

“Artıq ana olmağa hazıram”

“Bilirəm, uşağım olsa, məni tamamilə fərqli bir qadın edəcək”.

Bunu müğənni Hadisə bildirib.

Artıq ana olmaq istədiyini söyləyən sənətçinin bu açıqlaması diqqət çəkib.

“Dünya pisləşir, amma mən bu qaranlığa gözəl bir övlad bəxş edəcəyəm. Uşağımı bu dünyadan uzaq tutmaq istəyərdim. Çünki o bu həyatı seçməyəcək. Azad yaşamasını istəyirəm, lakin eyni zamanda uşağı ilə keyfiyyətli vaxt keçirən bir ana olmaq istəyirəm. Telefonda yox, yanında” - deyə Hadisə əlavə edib.

O, sevgi mövzusunda isə bu sözləri deyib: “Üç il əvvəl soruşsaydınız, ümidini itirmiş romantik idim. Amma indi nə istədiyimi çox yaxşı bilirəm. Hadisəni olduğu kimi qəbul etməyənlə xoşbəxt ola bilmərəm. Lazımsız insanlarla vaxt itirmək istəmirəm”.

Qeyd edək ki, Hadisə iş adamı Mehmet Dinçerler ilə qısamüddətli evlilik yaşayıb. Daha sonra rejissor Şənol Sönməzinlə münasibəti olsa da, uzun sürməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi