olkepress.com
olkepress.com

TƏBİB əməkdaşının bıçaqlanması ilə bağlı Cinayət işi açıldı

7-10-2025, 12:59

TƏBİB əməkdaşının bıçaqlanması ilə bağlı  Cinayət işi açıldı

Şirvan şəhər prokurorluğu TƏBİB-in əməkdaşı Lamiyə Qanbayevanın eks-əri tərəfindən bıçaqlanması ilə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, hadisə ilə əlaqədar şəxsin öldürülməsinə cəhd faktı üzrə cinayət işi başlanıb:

“Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi