olkepress.com
olkepress.com

Ərdoğanın müşavirinin vəziyyəti ağırlaşdı

7-07-2025, 15:46

Ərdoğanın müşavirinin vəziyyəti ağırlaşdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yiğit Bulud xəstəxanaya yerləşdirilib.

Bu barədə “Sözcü” qəzeti məlumat yayıb. Onun xərçəng xəstəsi olduğu, özəl xəstəxanalardan birində müalicə aldığı və son həftələrdə vəziyyətinin pisləşdiyi bildirilir.

Nəşrin məlumatına görə, Ərdoğan Buludun müalicə prosesini yaxından izləyir. İyulun 5-də dövlət başçısı səhiyyə naziri Kamal Memişoğlu ilə birgə onun müalicə aldığı özəl xəstəxanaya baş çəkib.

Qeyd edək ki, 53 yaşlı Y.BuluD bir sıra media orqanlarında iqtisadi şərhçi kimi fəaliyyət göstərib. 2013-cü ildə Türkiyə Baş nazirinin baş müşaviri, 2014-cü ildə isə Prezidentin iqtisadi məsələlər üzrə baş müşaviri təyin edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi