olkepress.com
olkepress.com

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı

Bugün, 12:25

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzunların buraxılışı ilə əlaqədar mərasim keçirilib.

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak edib.

Əli Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Xidmət rəisi bildirib ki, Ulu Öndərin adını daşıyan bu tədris müəssisəsinin məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar.

Akademiyanın maddi-texniki bazasının və kadr potensialının ildən-ilə daha da təkmilləşdirildiyini vurğulayan general-polkovnik Əli Nağıyev burada təhsil səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, Akademiyadakı mövcud şəraitin davamlı yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib, son illərdə bilik yarışlarında bu xüsusi təyinatlı ali təhsil müəssisənin kursantlarının qazandıqları uğurların sadalanan amillərin məntiqi nəticəsi olduğunu deyib.

Çıxışının sonunda Xidmət rəisi Akademiyanı bitirən zabitlərin çalışacaqları DTX-nin struktur bölmələrində vəzifə borclarını vicdanla yerinə yetirəcəklərinə, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edərək, təhlükəsizlik orqanlarının sıralarında öz layiqli yerlərini tutacaqlarına qətiyyətlə inandığını bildirib.

Digər çıxış edənlər məzunların Akademiyada mənimsədikləri bilik və bacarıqları gələcək fəaliyyətlərində lazımi qaydada tətbiq edə biləcəklərinə dərin inamlarını, burada kursantlara göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Təntənəli mərasim xatirə fotoşəklinin çəkdirilməsi ilə sona çatıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi