olkepress.com
olkepress.com

Paytaxt Xankəndiyə köçürülə bilər

Bugün, 12:17

Paytaxt Xankəndiyə köçürülə bilər

“İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün Xankəndi şəhərində keçirilməsi həm rəmzi, həm də tarixi əhəmiyyət daşıyır”.

Bu fikirləri Milli Məclisin komitə sədri Tahir Rzayev Modern.az-a açıqlamasında söyləyib.

O bildirib ki, Azərbaycan Ordusunun gücü və Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində işğaldan azad olunan torpaqlarda bu gün böyük layihələr və möhtəşəm tədbirlər həyata keçirilir:

“Azad edilən ərazilərin bərpası, yenidən qurulması və oradakı tikinti işləri elə yüksək səviyyədə aparılır ki, bu nəinki Azərbaycan vətəndaşlarını, həm də ölkəmizə gələn qonaqları və dövlət rəhbərlərini də heyran edir”.

Deputat əlavə edib ki, Xankəndidə baş tutan zirvə görüşü öz əhəmiyyəti ilə yadda qaldı və uzun müddət xatırlanacaq:
“Bu tədbir yalnız iqtisadi əməkdaşlıq və dostluq görüşü deyildi, həm də beynəlxalq həmrəylik nümunəsi idi. Türkiyə, Pakistan, Özbəkistan və digər qardaş ölkələrin bu zirvə toplantısında iştirakı, Azərbaycanda gedən böyük işlərə verdikləri yüksək qiymət, dövlətimizin beynəlxalq aləmdə qazandığı uğurları bir daha nümayiş etdirdi”.

T.Rzayev vurğulayıb ki, Xankəndi Azərbaycanın tarixi torpağı, qədim yaşayış məskənidir. O, ölkə paytaxtının Xankəndiyə köçürülə biləcəıyi ehtimalına da toxunub:

“Bu şəhərin hər keçən gün abadlaşdırılması, yenidən qurulması və əhalinin burada məskunlaşması Azərbaycan dövlətinin gücünü və iradəsini əks etdirir. Lakin Xankəndinin ölkənin paytaxtı kimi müəyyənləşdirilməsi düşündürücü məsələdir. Çünki paytaxt yaratmaq çətin və çox məsuliyyətli bir vəzifədir. Paytaxt Azərbaycan vətəndaşlarının, eləcə də xarici qonaqların hər biri üçün əlverişli bir məkan olmalıdır. Burada bütün kommunikasiya xətləri, müasir şərait və güclü təhlükəsizlik tədbirləri təmin edilməlidir. Bu baxımdan müxtəlif mülahizələr səsləndirilir, lakin ən doğru qərarı vermək səlahiyyəti, əlbəttə ki, ölkə rəhbərliyinə, cənab Prezident İlham Əliyevə məxsusdur”.

Deputat son olaraq qeyd edib ki, Xankəndi hər bir Azərbaycan vətəndaşı üçün çox doğma, əziz bir şəhərdir. Onun paytaxt olub-olmamasından asılı olmayaraq, bugünkü inkişafı, dirçəlişi və əzəmətli dönüşü hər kəsdə qürur hissi doğurur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi