olkepress.com
olkepress.com

Bu ərazilərdə 16 dərəcə şaxta var

2-01-2026, 16:43

Bu ərazilərdə 16 dərəcə şaxta var

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Azərbaycanın əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Hazırda Bakıda və Abşeron yarımadasında sulu qar, Şahdağ, Xaltan, Xaçmaz, Quba, Qusar, Xınalıq, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Qubadlı, Qobustan, Ağsu, Şamaxı, Qəbələ, Gədəbəy, Daşkəsən, Tovuz, Şabran, Altıağac, Göygöl, Yardımlı, Lerik, İsmayıllı, Qax, Şəki, Naxçıvan MR-da qar, Göyçay, Lənkəran, Kürdəmir, Neftçala, Astara, İmişli, Biləsuvar, Sabirabadda isə yağış yağır.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Mingəçevirdə 25, Bakıda və Abşeron yarımadasında 24, Qaxda 23, Culfa, Yevlax, Şabranda 17, Altıağacda 16 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınır.

Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi