olkepress.com
olkepress.com

41 yaşlı kişi kanalizasiyaya düşüb xəsarət aldı

29-12-2025, 16:48

41 yaşlı kişi kanalizasiyaya düşüb xəsarət aldı

Bakıda bir nəfər kişi kanalizasiya quyusuna yıxılıb.

Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Rövşən Feyruz oğlu Nəbiyev dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R.Nəbiyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi