Dövlət Neft Fondunun 2026-cı il büdcəsi də təsdiqləndi
29-12-2025, 16:46
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiqlənib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin gəlirləri 13 032 340,5 min manat, xərcləri isə 13 016 021,6 min manat məbləğində təsdiq edilib.