olkepress.com
olkepress.com

Təcrübəli neftçiyə böyük etimad

Bugün, 16:34

Təcrübəli neftçiyə böyük etimadOn illərdir neft sənayesində işləyən, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” adına Neft-Qaz Çıxarma İdarəsinin elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin briqadiri olan Aqşin Dadaşoğlu həm də ölkənin istedadlı qələm adamıdır. Məhz buna görə ona bu sahədə də yüksək etimad göstərilib.

Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısında şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aqşin Dadaşoğlu (Buliyev Aqşin Dadaş oğlu) qurumun baş katibi seçilib.

Məclisdən bildirilib ki, əsası 1960-cı ildə o dövrün gənc şairi və jurnalisti Murad Qudyalçaylı tərəfindən qoyulmuş və bu ilin mayında 65 illik yubileyini təntənəli şəkildə qeyd etmiş “Ulduzlar”ın işinin daha da təkmilləşdirilməsi üçün struktur dəyişikliyinə gedilib. Qeyd edilir ki, hazırda sədr Fərzalı Ziyanurun başçılıq etdiyi qurum həm rayonda, həm də Respublikada yetərincə tanınan, gözləntilərə səbəb olan bir Məclisə çevrilib. O baxımdan işlər artıb, daha çevik davranmaq zərurəti yaranıb. Buna görə də struktur islahatlarına ilkin olaraq baş katib vəzifəsinin təsis edilməsi ilə başlanılıb. Məclis üzvləri yekdil səslə Aqşin Dadaşoğlunu bu vəzifəyə layiq görüblər.

Göstərilən etimada görə təşəkkürünü bildirən Aqşin Dadaşoğlu deyib ki, mütləq ona olan inamı doğrultmaq və “Ulduzlar”ın daha da irəliləməsinə töhfə vermək üçün əlindən gələni edəcək.
Təcrübəli neftçiyə böyük etimad


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi