olkepress.com
olkepress.com

Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim olunub

Bugün, 13:05

Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim olunub

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub.

Bu mərhələdə köçürülən 153 nəfərdən ibarət 37 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

09:42

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Ağdam rayonunun Kəngərli kəndinə yola salınıb.

Olkepress.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 37 ailə – 153 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim olunub
Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim olunub
Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim olunub


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi