
Şıxlı şəcərəsi, Şıxlı nəsli. Tarix boyu Azərbaycanın iqtİsadi-siyasi-elmi-mədəni həyatında iştirak etmiş, Azərbaycanın iqtiqbalı, istiqlalı, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda çalışmış, adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış mötəbər bir nəsil. 1918-ci ildə Azərbaycan Xalq Demokratik Cumhuriyyətinin ordusunun yaranmasında müstəsna xidmətləri olan topçu generalı Əliağa Şıxlınskini kim tanımır?! Silaha sarılıb Qarabağda azğınlaşmış erməni daşnaklarının üsyanını yatızdıran, Azərbaycan torpağını yadelli işğalçılardan qorumaq üçün bütün hərbi biliyini, istedadını, bacarığını ortaya qoyan Əliağa Şıxlınski, onun qardaşı oğlu, “Müqəddəs georgi”, “Müqəddəs Vladimr” ordenləri ilətəltif edilmiş Rüstəm Şıxlınski, Gəncə Quberniya Katibi Mamay bəy Şıxlınski, Azərbaycan əəbiyyatı xəzinəsinə Azərbaycanın gerçək tarixini güzgü kimi özündə əks etdirən romanlarını tövhə vermiş İsmayıl Şıxlı.. Əcdadları müqəddəs bir nəsilə “şıxlar”a bağlanan bu şəcərədən yüzlərlə elm, mədəniyyət insanları, qəhrəman hərbiçilər, eyni zamanda siyasi xadimlər çıxmışdır. Əlbəttə, bu barədə çox danışmaq olar, lakin mövzumuz bilavasitə, sadəcə sözün düzünü danışdığına görə insanlığa sığmayan bir şəkildə Rusiya OMON-u tərəfindən həbsə alınan bu pak nəəslin nümayəndəsi Şahin Şıxlınski haqqında olacaq.

Şahin Şıxlınski 1966-cı il fevralın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya gəlib. 1995-ci ildə Yekatirinburqda Ural Dövlət Huquq Akademiyasını əla qiymətlərlə bitirib, elmi dərəcə alaraq aspirantura təhsilini başa vurub. 1984-1986-cı illərdə Sovet ordusunda xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan bir neçə il sonra biznesmen kimi fəaliyyətə başlayıb. Bununla yanaşı qəlbən öz xalqına bağlı olduğu üçün Rusiyada yaşayan azərbaycanlıların rihanının yüksəlməsi üçün çalışıb, imkanı daxilində əlindən gələn köməyi edib. Bu səbəbdən də təsadüfü deyil ki, 2004-cü ildə Ümumrusiya Azərbaycan Konqresinin (UAK) Federal Dairəsi üzrə sədri seçilib. 2007-ci ildən etibarən isə Avropa Azərbaycanlıları Konresinin vitse-prezidentidir.
Daim xalqının taleyini düşünən Şahin Şıxlınski Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun “müqəddəs xeyriyyçilik” yolunu tutaraq bir xeyriyyəçi kimi həm Azərbaycanda, həm Rusiyada ad çıxarıb. Yekatirinburqda azərbaycanlı məktəblilər üçün şənbə məktəbləri, mədəni tədbirlər və ictimai aksiyalar təşkil edib. Qardaş Türkiyədə zəlzələ baş verəndən sonra zəlzələdən zərər çəkmiş insanlara humantar yardım aksiyaları da onun təşəbbüsü ilə həyata keçirilib. Şahin Şıxlınskinin xeyirxah əməlləri doğma vətənindən də heç vaxt yan keçməyib. Doğulub boya-başa çatdığı İkinci Şıxlı kəndində avtovağzal kompleksi inşa etdirərək xalqının xidmətinə verib. Yüksək mənəvi keyfiyyətləri, nəcib sifətləri Azərbaycan Dövlətinin Rəhbəri Cənab İlham Əliyev tərəfindən də heç vaxt diqqətsiz qalmayıb. Belə ki, 2002-ci ildə bu mötəbər şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib.
Şahin müəllim hal-hazırda Rusiya və Azərbycanın ictimai həyatında nüfuzlu bir şəxs kimi diaspora rəhbəri və bacarıqlı bir iş adamı kimi fəaliyyətdədir.
Lakin Azərbaycanda yaxşı bir zərb-misal var;,-Mərdiməzar olmasaydı, bağ çəpəri neylirdi?. Şahin müəllimin əməlisaleh işləri göz qabağındadır və onu tanıyan bütün vətənpəvər insanlar onu sevir, onun saleh əməllərini yüksək qiymətləndirirlər. Fəqət gözləri deyil, mənəviyyatları kor insanlar da var ki, onun xeyriyyəçiliyini, xalqına təmənnasız xidmətini sanki görmür, qan püskürən hansı bir dövlətəsə köləlik eləyib özləri başdan ayağa eyib olduqları halda eyibsizlərdə eyib axtarır. Təbii ki, tapa bilməyib həmin insanların ünvanına internet səhifələrində, yaxud başqa informasiya vasitələrində böhtan yağdırırlar.
O ki, qaldı əsrlərlə Azərbaycanın yeraltı, yerüstü sərvətlərini mənimsəyib, özünə qarşı haqsızlıqlar, ədalətsizliklər törədən, işğalçılıq siyasəti aparan Rusiya dövlətinə, Ukraniya ilə savaşda uğursuzluq üstündən uğursuzluğa düçar olandan sonra biyabırçı məğlubiyyətini Rusiyada yaşayan, özü də Rusiyanın ictiami-siyasi-mədəni həyatında heç bir xalqın göstərə bilmədiyi fəallıqlar göstərən azərbaycanlılara qarşı rəzilliklər törətməyə başlamışdır. Günahsız xalqının kütləvi həbsinə, heç bir səbəb olmadan insanlarının öldürülməsinə, işgəncə verilməsinə sadəcə olaraq öz etirazını bildirən Şahin Şıxlınski qəfildən Rusiya OMON-u tərəfindən saxlanılır və avtomobilinin qapısını açıb düşmək istərkən, guya müqavimət göstərirmiş kimi, bir neçə OMON-çu tərəfindən sanki əlində bomba bir ərazini partladacaq bir terrorist kimi heç bir mədəniyyətə, ədəbə sığmayan yırtıcı heyvanlar kimi qollarını qararaq yerə yıxırlar, özü də çığır-bağır salaraq həbs edib aparırlar.
Rusiya mediyası bu iyrənc əmələ cürbəcür rəng verərək Şahin Şıxlınskini günahkar çıxarır və Rusiya mətbu orqanlarında bir nəfər belə haqsevər insan tapımır ki, OMON-un bu hərəkətini sadəcə olaraq tənqid etsin və hətta bəzi mətbu orqanları bunu OMON-un qəhrəmanlığı kimi qələmə verir. Ən dəhşətlisi isə budur ki, qaniçən dövlətlərin köləsinə çevrilmiş, bəzi rəhmətlik İsmayıl Şıxlı demişkən; “Sapı özümüzdən olan baltalar”, ağızlarını şeytan yoluna qoyaraq istər Şahin Şıxlınski istərsə də başqa günahsız həbsə alınıb işgəncələr verilən azərbaycanlılar haqqında böhtan arxasınca böhtan yağdırırlar. Müqəddəs Qurani-Kərimin “Tin” (əncir) surəsində Uca Allah buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq, sonra isə onu rəzillərin rəzili edərik”.
Təbii ki, Uca Allah burda haqq itirən, çörək itirən, yaltaq, vətənsatan, xalqına qarşı xain bir mövqe tutub, başqalarına təmənnasız köləlik eləyən insanları nəzərdə tutur ki, Uca Yaradan onları elə rəzil edir ki, onlar məhz hər normal şəxsin gözündə rəzalət təcəssümü kimi ad çıxarırlar.
Şahin Şıxlınski kimilər isə Azərbaycan xeyriyyəçilik tarixinə adlarını qızıl hərflərlə yazırlar və daim hər şeyə düzgün qiymət verən insanlar tərəfindən ən gözəl şəkildə yad edilirlər. Çünki gördüyü hər bir iş haqqa xidmət edir. Haqq isə incələr üzülməz.
Filologiya elmləri doktoru, professor Vüqar Əhməd