olkepress.com
olkepress.com

Dünyaca məşhur fenomen və azərbaycanlı blogerdən Dubayda ortaq əmlak layihəsi

17-07-2025, 17:59

Dünyaca məşhur fenomen və azərbaycanlı blogerdən Dubayda ortaq əmlak layihəsi

Məşhur sosial media fenomeni Ayda Sadik və tanınmış azərbaycanlı bloqer Ramal İsayev birlikdə Dubayda ortaq əmlak layihəsinə start verir.

Bu barədə A.Sadiq öz instaqram hesabının hekayə bölməsində paylaşım edib.

Bu əməkdaşlığın Azərbaycandan Dubayda daşınmaz əmlak almaq istəyənlər üçün unikal fürsətlər təqdim edəcəyi gözlənilir. Layihə çərçivəsində sərfəli qiymətlər, etibarlı investisiya imkanları və tam hüquqi dəstək təmin olunacaq.

Ayda Sadik və Ramal İsayev bildirirlər ki, məqsədləri həmvətənlərimizin Dubay kimi sürətlə inkişaf edən bir şəhərdə rahat və təhlükəsiz şəkildə əmlak sahibi olmasını təmin etməkdir.

Ətraflı məlumat və ilkin qeydiyyat üçün tezliklə rəsmi elanlar paylaşılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi