olkepress.com
olkepress.com

Tehranda isti havaya görə birgünlük tətil elan olundu

22-07-2025, 12:42

Tehranda isti havaya görə birgünlük tətil elan olundu

İranın paytaxtı Tehranda isti hava şəraiti ilə bağlı birgünlük tətil elan olunub.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Tehranda və onun ətrafında hökumət idarələri, banklar və müəssisələr çərşənbə günü həddindən artıq istilər və enerjiyə qənaət məqsədilə bağlı olacaq.

Havanın temperaturu 40 dərəcəni keçdiyi üçün hökumət vətəndaşlara iyulun 23-ü günün ən isti saatlarında evdə qalmağı tövsiyə edib.

Hökumət sözçüsü Fatimə Mühacirani bazar ertəsi xalqı elektrik və su istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, İranda 2024-cü ilin iyul ayında həddindən artıq istilərə görə birgünlük, 2023-cü ildə isə ikigünlük tətil elan edilmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi