olkepress.com
olkepress.com

Ukraynada yeni hökumətin nazirləri seçildi

17-07-2025, 17:39

Ukraynada yeni hökumətin nazirləri seçildi

Ukrayna Ali Radası bu gün Yuliya Sviridenkonu baş nazir vəzifəsinə seçib.

Bu gün Ali Rada yeni baş nazir Yuliya Sviridenkonun təklif etdiyi yeni hökumətin nazirlərinin də təyin edilməsinə səs verib.

Olkepress.com Modern.az-a istinadən xəbər verir ki, köhnə Nazirlər Kabinetinin buraxılmasına və yeni hökumətin nazirlərinin seçilməsinə 253 xalq deputatı səs verib, 23 deputat bitərəf qalıb, 13 nəfər isə əleyhinə səs verib.


Ukraynanın yeni hökuməti aşağıdakı tərkibdədir:

Mixaylo Fedorov - Baş nazirinin birinci müavini - rəqəmsal transformasiya naziri;

Oleksiy Kuleba - Baş nazirin müavini - infrastruktur və ərazilərin inkişafı naziri;

Taras Kaçka - Avropa və Avro-Atlantik inteqrasiya üzrə Baş nazirin müavini;

Matvey Bednıy - gənclər və idman naziri;

German Qaluşenko - ədliyyə naziri;

Svitlana Qrinçuk - energetika naziri;

Denis Ulyutin - sosial siyasət, ailə və birlik naziri;

Nataliya Kalmıkova - veteranlar naziri;

İqor Klimenko - daxili işlər naziri;

Oksen Lisovoy - təhsil və elm naziri;

Viktor Lyaşko - səhiyyə naziri;

Serhi Marçenko - maliyyə naziri;

Oleksiy Sobolev - iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri.

Qeyd edək ki, yeni müdafiə nazirnin köhnə baş nazir Denis Şmıxal olacağı gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi