olkepress.com
olkepress.com

Şirkətinin maliyyə çöküşü davam edir

24-07-2025, 17:34

Şirkətinin maliyyə çöküşü davam edir

Elektrikli avtomobil nəhəngi “Tesla” 2025-ci ilin ikinci rübündə gəlir və mənfəətində azalma olduğunu açıqlayıb.

Bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, şirkətin ardıcıl iki rübdür maliyyə nəticələrinin mənfi olması sahibi İlon Maskın siyasi mövqeyinin yaratdığı mübahisələrdən sonra markanın nüfuz itkisi ilə əlaqələndirilir.

“Tesla” aprel-iyun aylarını əhatə edən üçaylıq dövrdə 22,5 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% azalma deməkdir. Hər səhmə düşən mənfəət isə 40 sent olub ki, bu da illik əsasda 23%-lik azalmanı göstərir.

Bu göstəricilər isə “Wall Street” analitiklərinin gözlədiyi 22,74 milyard dollar gəlir və 43 sentlik mənfəət proqnozunun altında qalıb.

Xatırladaq ki, iyunun 5-də ABŞ Prezidenti Donald Trampla İlon Mask sosial şəbəkələrdə bir-biri barədə kəskin tənqidlər paylaşıb. Belə ki, milyarder Trampın onun dəstəyi olmadan 2024-cü ilin noyabrındakı prezident seçkilərində qalib gələ bilməyəcəyini iddia edib, Trampa qarşı impiçment elan edilməsi ideyasını dəstəkləyib, Ağ Evin dövlət xərclərinin azaldılması barədə qanun layihəsini, eləcə də prezidentin elan etdiyi idxal rüsumlarını tənqid edib. Tramp isə öz növbəsində Maskın ağlını itirdiyini, onun Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etdiyi zaman vəzifələrini layiqincə yerinə yetirmədiyini deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi