olkepress.com
olkepress.com

İsrail ordusunda ciddi kadr dəyişiklikləri etdi

16-07-2025, 14:51

İsrail ordusunda ciddi kadr dəyişiklikləri etdi

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir orduda ciddi kadr dəyişiklikləri edib.

Bu barədə “Times of İsrael” məlumat yayıb.

Bildirilib ki, Baş Qərargahda bu cür dəyişikliklər, adətən, zabitlər xidmət müddətlərini başa vurduqdan sonra həyata keçirilir.

Belə ki, Daxili Cəbhə Komandanlığının rəhbəri general-mayor Rafi Milo Şimal Komandanlığının yeni rəhbəri təyin olunub. O, general-mayor Ori Gordinin yerinə gətirilib.

Hazırda Şimal Korpusu və Manevr Qüvvələrinin komandanı olan general-mayor Dan Goldfus Dərinlik Qüvvələrinin (Depth Corps) yeni komandanı təyin edilib. O, bu vəzifədə general-mayor Nimrod Alonini əvəz edəcək.

İsrailin ABŞ-dəkı müdafiə attaşesi olan general-mayor Hidai Zilberman Silahlı Qüvvələrin Planlaşdırılması və İnkişafı İdarəsinin (Planning and Force Design Directorate) rəhbəri təyin olunub. Daha öncə bu vəzifədə vitse-admiral Eyal Harel idi.

Briqada-general Dan Noyman Komanda və Ştab Kollecinin komandiri Aloninin yerinə hərbi kolleclərin yeni rəhbəri təyin edilib. O, vəzifəyə başlayarkən general-mayor rütbəsinə yüksələcək.

Briqada-general Yaki Dolf Qərbi Şəriya diviziyasının komandiri Goldfusun yerinə Şimal Korpusunun növbəti komandiri təyin edilib. O da general-mayor rütbəsi alacaq.

Briqada-general Şay Klepper 91-ci “Qaliley” Regional Diviziyasının komandiri Milonun yerinə Daxili Cəbhə Komandanlığının rəhbəri təyin edilib və general-mayor rütbəsi veriləcək.

Briqada-general Rami Abudraham İsrail Müdafiə Qüvvələrinin Quru Qoşunları Baş Qərargah rəisi general-mayor Mişel Yankonun yerinə Texnoloji və Logistika İdarəsinin rəhbəri təyin ediləcək, həmçinin general-mayor rütbəsinə yüksələcək.

Zamirin bu təyinatları müdafiə naziri İsrael Kats tərəfindən təsdiqlənib və bildirilib ki, zabitlər yaxın aylarda öz vəzifələrini icra etməyə başlayacaqlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi