olkepress.com
olkepress.com

Azərbaycan iqtisadiyyatı 5 % böyüyüb

13-02-2024, 23:14

Azərbaycan iqtisadiyyatı 5 % böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda 9 milyard 131 milyon manatlıq və yaxud ötən ilin eyni dövrünə nisbətən 5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Olkepress.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 12,3 % artıb.

ÜDM istehsalının 41,9 %-i sənaye, 10,5 %-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,8 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 %-i informasiya və rabitə, 1,7 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 %-ni təşkil edib.

Ötən ay əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 897 manat olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi