olkepress.com
olkepress.com

Marketdən 12 araba oğurlamışdı - “İş başında” saxlanıldı

4-12-2025, 16:09

Marketdən 12 araba oğurlamışdı - “İş başında” saxlanıldı

Mühafizə polisi 12 ədəd market arabası oğurlayan şəxsi saxlayıb.

Xətai rayonu Zığ yolu küçəsində yerləşən marketlərin birindən müştərilərin alış-veriş zamanı istifadə etdikləri arabaların sayının günbəgün azalması mağaza rəhbərliyini narahat etməyə başlayıb. Arabaların oğurlandığı qənaətinə gələn mağaza sahibi obyektin mühafizə polisi tərəfindən qorunması üçün Xətai Rayon Mühafizə İdarəsinə müraciət edib.

İki gün əvvəl axşam saatlarında məhz həmin obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Mühafizə polislərinin çevikliyi sayəsində marketdən növbəti dəfə araba oğurlayan E.Qafarov elə “iş başında” saxlanılıb. Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda həmin obyektdən 12 ədəd market arabası oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi