olkepress.com
olkepress.com

Səhiyyədə Strateji İnkişaf: “Aztürk Holdinq”in Azərbaycandakı Çin Əməkdaşlığı Layihəsi

11-12-2025, 16:37

Səhiyyədə Strateji İnkişaf: “Aztürk Holdinq”in Azərbaycandakı Çin Əməkdaşlığı Layihəsi

Aztürk Holding Çin ilə birgə yeni tibbi mərkəz qurur.

Azərbaycanın aparıcı biznes qurumlarından olan “Aztürk Holdinq” Çin ilə səhiyyə sahəsində strateji əməkdaşlığını genişləndirərək ölkədə yeni səhiyyə infrastrukturunun yaradılmasına yönəlmiş layihəyə başlayıb.

Olkepress.com Doğru.az-a istinadən xəbər verir ki, layihə iki ölkə arasında tərəfdaşlığın inkişafında mühüm addım hesab olunur. Şirkətin rəhbəri Güləli Bağırov bildirib ki, bu təşəbbüs Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticəsində mümkün olub. Onun sözlərinə görə, ölkədə formalaşmış şəffaf və rəqabətli iqtisadi mühit yerli və xarici sərmayələr üçün geniş imkan yaradır.

2025-ci il dekabrın 10-da Çin tərəfinin ən böyük xəstəxana şəbəkəsinin nümayəndələri ilə aparılan danışıqlardan sonra ənənəvi Çin təbabəti ilə müasir Qərb tibbinin birləşdiriləcəyi yeni inteqrasiya edilmiş tibb mərkəzinin yaradılması barədə razılıq əldə edilib.

Yeni mərkəz müalicə ilə yanaşı tədqiqat, təlim və profilaktik xidmətlər üzrə regional baza kimi fəaliyyət göstərəcək. Layihənin səhiyyə turizminə də ciddi töhfə verməsi gözlənilir.

“Aztürk Holdinq” bildirib ki, atılan addım şirkətin sosial məsuliyyət və davamlı inkişaf strategiyasına uyğundur və Azərbaycan-Çin əlaqələrinin güclənməsinə xidmət edir.

Güləli Bağırov qeyd edib ki, yaradılacaq tibbi mərkəz ölkənin səhiyyə sisteminə yeni standartlar gətirəcək və Azərbaycanın səhiyyə turizmi potensialını artıracaq.
Səhiyyədə Strateji İnkişaf: “Aztürk Holdinq”in Azərbaycandakı Çin Əməkdaşlığı Layihəsi
Səhiyyədə Strateji İnkişaf: “Aztürk Holdinq”in Azərbaycandakı Çin Əməkdaşlığı Layihəsi
Səhiyyədə Strateji İnkişaf: “Aztürk Holdinq”in Azərbaycandakı Çin Əməkdaşlığı Layihəsi
Səhiyyədə Strateji İnkişaf: “Aztürk Holdinq”in Azərbaycandakı Çin Əməkdaşlığı Layihəsi
Səhiyyədə Strateji İnkişaf: “Aztürk Holdinq”in Azərbaycandakı Çin Əməkdaşlığı Layihəsi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi