Vüqar Əhməd
Əqidəmdən dönmədimKasıblardan üstün libas geymədim,
Şöhrətimlə mən özümü öymədim,
Ruzi üçün bir qapını döymədim,
Mərd yaşadım əqidəmdən dönmədim.
Sevgi verdim Vətənimə, ölkəmə,
Fərq qoymadım vəzifəyə, görkəmə,
Daş atdım kürəyimə, kölgəmə,
Gur alovam, zərbələrdən sönmədim.
Qasırğalar, tufanlardan keçmişəm,
Ömür boyu hər addımı ölçmüşəm,
Taleyimdə qanqalları biçmişəm,
Millətimi yerlilərə bölmədim.
Mən ailəmə mehr saldım əbədi,
Dünya mənə çox haqsızlıq elədi,
Dərdlərimi söyləmədim, demədim,
Şükr edirəm, hələ sağam, ölmədim.
Nə yaxşı ki, sevənlər var dünyada,
Allah qoymur möhtac olum mən yada,
Güvənirəm mən şöhrətli bir ada,
Bir kəs deməz haqsızlığa dinmədim.
Çox çəkirəm gecə-gündüz zəhməti,
Xalq içində qazanmışam hörməti,
Haram sevməm, istəmirəm sərvəti,
Hamı görür, kin-küdurət bilmədim.
20.12.2025