olkepress.com
olkepress.com

Azərbaycan və ABŞ Zəngəzur dəhlizinin açılmasını müzakirə edib

9-12-2025, 12:23

Azərbaycan və ABŞ Zəngəzur dəhlizinin açılmasını müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüşüb.
Görüşdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verilib.

Eyni zamanda Zəngəzur dəhlizinin açılması, "TRIPP" layihəsinin sürətləndirilməsi, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi