olkepress.com
olkepress.com

36 dəqiqəyə iki kilo ət yedi, xəstəxanalıq oldu

6-12-2025, 15:37

36 dəqiqəyə iki kilo ət yedi, xəstəxanalıq oldu

Böyük Britaniyanın Devon qraflığında bir neçə qida yarışmasında həddindən artıq yemək yeyən Ris Çadfild xəstəxanaya yerləşdirilib.

Bu barədə “Mirror” nəşri məlumat yayıb.

22 yaşlı gəncin iki gün ərzində bir neçə kiloqram ət və balıq, eləcə də 38 toyuq naqeti yediyi bildirilir. O, restoranların birində 36 dəqiqə ərzində kartof qızartması və soğan halqaları ilə birlikdə iki kiloqram həcmində steyk yeyib.

Çadfild növbəti səhər özünü pis hiss etsə də, həmin axşam yenidən yarışmada iştirak edib və bu dəfə 2,5 kiloqram balıq və kartof yeyib. Bundan sonra onun vəziyyəti sürətlə pisləşib, şiddətli qarın ağrısı ilə yanaşı temperaturu da 39 dərəcəyə qalxıb.

Dostları tərəfindən xəstəxanaya aparılan Risin mədəsində çoxlu miqdarda həzm olunmamış qidanın olduğu, mədə funksiyalarını yerinə yetirməkdə çətinlik çəkdiyi məlum olub.

Müalicədən sonra gənc evə buraxılıb. Həkimlər bir müddət bu cür yarışmalardan uzaq durmasını tövsiyə etsələr də, Ris elə həmin axşam daha 38 naqet və böyük porsiya kartof yeyib. O, başına gələnlərə baxmayaraq, bu cür yarışmalarda iştirakdan imtina etmək niyyətində olmadığını bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi