olkepress.com
olkepress.com

“Mortal Kombat”ın aktyoru öldü

5-12-2025, 16:07

“Mortal Kombat”ın aktyoru öldü

Hollivud aktyoru Keri-Hiroyuki Taqava vəfat edib.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 75 yaşlı sənətçi ABŞ-nin Santa-Barbara şəhərindəki evində dünyasını dəyişib.

Aktyorun ölüm səbəbi kimi insultdan sonrakı fəsadlar göstərilir.

Taqava rejissor Bernardo Bertoluççinin 1987-ci ildə lentə aldığı “Sonuncu imperator” filmi ilə populyarlıq qazanıb. Film “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Ona dünya şöhrətini isə “Ölümcül döyüş” (“Mortal Kombat”) filmində canlandırdığı Şan Szun rolu qazandırıb.

Aktyor “Geyşanın memuarları” və “Yüksək qəsrdəki adam” da daxil olmaqla ümumilikdə 150-dən çox filmdə rol alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi