olkepress.com
olkepress.com

Azərbaycanlı alim beynəlxalq elmi arenada

19-12-2025, 09:32

Azərbaycanlı alim beynəlxalq elmi arenada

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd növbəti nüfuzlu beynəlxalq uğura imza atıb. O, 52 ölkəni təmsil edən 130 alimin səs çoxluğu ilə Asiya Elmlər Akademiyasının üzvü seçilib.

Çin Xalq Respublikasında təsis olunmuş Asiya Elmlər Akademiyası elm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Asiyanın müxtəlif regionlarından olan alimlər arasında elmi inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyır. Akademiyanın əsas qərargahı Honkonq şəhərində yerləşir və qitə miqyasında aparıcı elmi platformalardan birinə çevrilməkdədir.

Professor Vüqar Əhmədin bu akademiyaya üzv seçilməsi onun uzunillik elmi fəaliyyətinin, ədəbiyyatşünaslıq və publisistika sahəsində apardığı fundamental tədqiqatların beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir. Qeyd etmək lazımdır ki, alim indiyədək bir sıra beynəlxalq elmi və ədəbi akademiyalara üzv seçilmiş, müxtəlif ölkələrin akademik qurumları tərəfindən medallar və fəxri diplomlarla təltif olunmuşdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi