olkepress.com
olkepress.com

Zəlzələdə həyatını xilas etmişdi - 17 il sonra evləndilər

8-12-2025, 16:09

Zəlzələdə həyatını xilas etmişdi - 17 il sonra evləndilər

Çində Liu Sumei adlı qız 17 il əvvəl həyatını xilas etmiş Lyanq Çjibin adlı xilasedici ilə ailə qurub.

2008-ci ilin mayında o zaman 22 yaşı olan Lyanq Çjibin, Siçuan əyalətində baş vermiş 8 ballıq zəlzələ nəticəsində dağılmış ikimərtəbəli yaşayış binasının dağıntıları altından 10 yaşlı Liu Sumeini xilas edib.

Onlar uzun illər əlaqə saxlamasa da, 2020-ci ildə təsadüf nəticəsində yenidən rastlaşıblar. Bu ayın əvvəlində isə Çanşa şəhərində cütlüyün toyu olub.

“Mən ona minnətdarlıqdan aşiq olmadım. Sadəcə anladım ki, həyatımı ona etibar edə bilərəm”, - Liu bildirib.

Lyanq isə hadisələrin belə inkişafını gözləmədiyini, lakin taleyə minnətdar olduğunu qeyd edib.

“Heyrətamizdir, mən 17 il əvvəl onun həyatını xilas etdim, indi isə o mənim həyatımın işığına çevrildi”, - o deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi