olkepress.com
olkepress.com

“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar...”

10-12-2025, 16:50

“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar...”

“Səhər saat 8-də evdən çıxdılar. Saat 2-dən sonra bizimlə əlaqə saxladılar. Ancaq mühərrikin səsindən nə dediklərini anlamadıq”.

Bunu Astara rayonu ərazisində itkin düşən balıqçı Ağadədə Həsənovun əmisi bildirib.

“Saat 4-də ehtimal etdik ki, yanacaqları bitib. Bundan sonra qayıq göndərdik və aidiyyəti qurumlara məlumat verdik. Səhərədək dayanmadan axtarış aparılıb. Burada batmaq ehtimalı yoxdur, yanacaq bitə bilər və ya mühərrikin nasaz olması ehtimalı var. Belə hallarda isə mütləq şəkildə helikopter lazımdır. Yoxsa onları xilas etmək olmaz. Ya da bizə Xarici İşlər Nazirliyindən məlumat verilsin, bəlkə, uşaqlar İrana gedib çıxıblar”, - deyə o əlavə edib.

Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Bunlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi