olkepress.com
olkepress.com

Mərakeş millisi Ərəb Kubokunun qalibi oldu

19-12-2025, 16:35

Mərakeş millisi Ərəb Kubokunun qalibi olduDünən Qətərin “Lusayl” stadionu futbol üzrə Ərəb Kuboku turnirinin final oyununa ev sahibliyi edib. Həlledici görüşdə Mərakeş və İordaniya milli komandaları üz-üzə gəliblər.

Olkepress.com xəbər verir ki, qarşılaşmada ilk qolu 4-cü dəqiqədə Mərakeş yığmasının futbolçusu Ussama Tannane vurub. O, turnirin ən gözəl qollarından birinə imza atıb. Futbolçu uzaq məsafədən dəqiq zərbə ilə topu tora qovuşdurub. İordaniya seçməsi 48-ci və 68-ci dəqiqələrdə Ali Olvanın vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. Mərakeşli futbolçular əsas vaxtın başa çatmasına 3 dəqiqə qalmış Əbdürrazzaq Həmdallahın sayəsində hesabı bərabərləşdiriblər. Əsas vaxtda qalib müəyyənləşmədiyindən komandalar meydanda əlavə 30 dəqiqə mübarizə aparıblar. 100-cü dəqiqədə daha bir dəfə fərqlənən Həmdallah yekun hesabı müəyyənləşdirib – 3:2.

Beləliklə, Mərakeş millisi Ərəb Kubokunun qalibi olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi