olkepress.com
olkepress.com

Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

21-01-2022, 19:54

Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazı sonrası Rusiya-Ukrayna böhranı və jurnalistlərin digər suallarını cavablandırıb.

Dövlət başçısı bildirib ki, Rusiya ilə Ukrayna arasında sərhəd pozuntusundan tutmuş işğaladək hadisələrin müharibə ssenarisi ilə inkişafı regionda sülhün bərqərar olması üçün çox ciddi təhdid olacaq.

“Mən artıq bəyan etmişəm ki, üzərimizə düşən hər şeyi etməyə hazırıq. İndi qarşıda Ukraynaya səfərim var. Bu arada, bəlkə də cənab Putinlə telefonla danışıqlarımız və ya Moskvaya səfərim oldu. Biz regionda sülhün hökm sürməsini istəyirik”, - deyə Ərdoğan bildirib.

Mənbə: “Haber Global”

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi