olkepress.com
olkepress.com

Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktor işdən ÇIXARILDI

20-09-2022, 11:13

Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktor işdən ÇIXARILDI

Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.

Ölkəpress.com Trend-ə istinadən xəbər verir ki, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.

Məktəbin direktoru müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi