olkepress.com
olkepress.com

Bura təhsil ocağıdır, YOXSA...

1-09-2022, 11:56

Bura təhsil ocağıdır, YOXSA...

Doğrudan da, kollecin direktoru Rizvan Qəmbərovu, bu məsul vəzifəni tutmasına baxmayaraq, iş yerində tapmaq qeyri-mümkündür.

Ölkepress.com-un məlumatına görə, bu barədə, araz.az-a daxil olan məlumatda o da bildirilir ki, kollecin maddi-texniki bazası belə sıfır dərəcəsindədir. Hətta maliyyə pozuntusundan tutmuş, özbaşınalıqlar da pikk həddə çatıb.

Əldə etdiyimiz faktlara görə, işə gəlməyən müəllimlərin, texniki işçilərin, tələbələrin təqaüd kartları direktor müavini Nuranə Ələkbərovada olur, o da, hər ay "KapitalBank"ın hesabından bu pulları çıxararaq, rəhbərə çatdırır. Bu ciddi faktları sübut etmək elə də çətin deyil; Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Tofuz Dövlət Sosial- İqtisadi Kollecinin maliyyə vəsaitini yoxlasa və ya müəllimlərin, texniki işçilərin, tələbələrin siyahısını "KapitalBank" vasitəsi ilə əldə etsələr, yazılanlar bir daha öz təsdiqini tapar.

Yeri gəlmişkən, onu da qeyd edək ki, son vaxtlar valideyinlər direktor Rizvan Qəmbərovu iş otağında tapa bilmədiklərindən daha çox gileylənirlər. Valideyinlər iddia edirlər ki, kollecin direktoruna sözləri olduğundan, dəfələrlə, günün müxtəlif vaxtlarında kollecə getsələr də, rəhbəri iş otağında tapa bilməyiblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi