olkepress.com
olkepress.com

Qiyabi oxuyan tələbələrə sevindirici xəbər - VİDEO

30-08-2022, 13:46

Qiyabi oxuyan tələbələrə sevindirici xəbər - VİDEO

Azərbaycanda təhsil tələbə kreditləri ilə bağlı yeniliklər olacaq.

Ölkepress.com qaynarinfo-ya istinadən xəbər verir ki, Təhsil Tələbə Kredit Fondunun maliyyə şöbəsinin müdiri Tehranağa Abdullayevin "Xəzər Xəbər"ə bildirdiyinə görə, qiyabi təhsil alanlara da təhsil krediti verilə bilər.

Şöbə müdiri deyib ki, təhsil tələbə kreditlərinin verilməsi barədə əlavələr edilməsi məqsədilə Təhsil Tələbə Kredit Fondunun idarəetmə orqanı olan Himayəçilik Şurasının iclasında təklif irəli sürüləcək.

Şöbə müdiri 2022-2023-cü tədris ili üzrə müraciətlərin qəbuluna başlanıldığına da diqqət çəkib.

Xatırladaq ki, 2021-ci ilin oktyabr ayından təhsil tələbə kreditlərinin verilməsinə başlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi