olkepress.com
olkepress.com

"Deyirdim ki, bu havanın axırı zəlzələ ilə nəticələnəcək"-Elmira Ələkbərzadə

7-12-2023, 22:37

"Deyirdim ki, bu havanın axırı zəlzələ ilə nəticələnəcək"-Elmira Ələkbərzadə

"Bugünkü gün getsin, bir daha qayıtmasın. Bir daha belə bir bəla ilə rastlaşmayaq. Zəlzələ zamanı şəhərdə gəzirdim. Birdən-birə yer ayağımın altında əsməyə başladı. Sözün düzü, elə bildim ki, qan şəkərim düşüb və panikaya düşdüm".

Olkepress.com yazır ki, bu sözləri müğənni Elmira Ələkbərzadə yayımladığı videoda deyib. Sənətçi bu gün səhər saatlarında zəlzələ zamanı yaşadığı qorxudan bəhs edib:

"Telefonumda oğlumun valideyn qrupunun mesajını gördüm. O zaman mən panikaya düşdüm. Qaça-qaça övladım Davidin təhsil aldığı məktəbə getdim. Mən və başqa valideynlər də gedib öz övladlarını məktəbdən götürdük. Şagirdlər sonradan zəlzələnin olduğunu bilib, başladılar ağlamağa. Hamımız çalışdıq uşaqlarımızı sakitləşdirməyə. Sosial şəbəkələrdə məktəblərdə çəkilmiş və panika olan videolara rast gəldim. Bu da normaldır. Çünki hər bir insan öz həyatını fikirləşir.

Noyabr və dekabrda müşahidə edilən anomal isti hava ilə bağlı deyirdim ki, bu, normal hal deyil. Çox insan isə mənə gülüb deyirdi ki, sənin istiyə dözümün yoxdur, ona görə belə sözlər deyirsən. Amma deyirdim ki, bu istilərin axırı zəlzələ ilə nəticələnəcək. Payızda payız, qışda isə qış havası olmalıdır".

Qeyd edək ki, bu gün səhər saat 08:16-da Bakıda 5,6 bal gücündə zəlzələ olub.
[img]https://youtu.be/6MUQe4D0IoM?si=8Vang1ZGfKdIx21t[/img]


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi