olkepress.com
olkepress.com

Pakistan İrəvanda səfirlik açacaq

3-12-2025, 16:18

Pakistan İrəvanda səfirlik açacaq

“Gələn il Ermənistanda Pakistan Səfirliyinin açılması planlaşdırılıb”.

Bu barədə “NEWS.am” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda iki ölkənin diplomatik nümayəndələri bununla bağlı fəal iş aparırlar.

Ermənistan Xarici İşlər Nazirliyi isə agentliyin sorğusuna rəsmi cavabında məlumatı təkzib etməyib: “Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünikeni imzalamaqla iki ölkə hökumətləri diplomatik nümayəndəliklərin mübadiləsinə və bir-birinə zəruri yardım göstərməyə razılaşıblar. Bu kontekstdə ictimaiyyət hadisələrin gələcək inkişafı haqqında lazımi qaydada məlumatlandırılacaq”.

Xatırladaq ki, bu il avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommünike imzalayıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi